Land əyaləti

coğ. Landes f pl

lampa
landşaft
OBASTAN VİKİ
Land
== Land == Land (alm. Land-yer, torpaq, quru sahəsi)- 1. Təbii və ya siyasi sərhədlər daxilində yer səthi sahəsinə deyilir. 2.Su səthindən (okean, dəniz) fərqli olaraq, yer səthinin quru hissəsinə deyilir.Land coğrafi termin, anlayış və toponimlərdə çox rast gəlinir. Məs: İrlandiya, İslandiya, Şotlandiya, Qrenlandiya, Zelandiya, Landşaft.
Land Rover
Land Rover, İngilis bir nəqliyyat vasitəsi istehsalçısıdır. Mərkəzi Solihull, İngiltərədədir. Əslində Rover markası altında bir modelin adı idi. Bu gün, Tata Motor Şirkəti tərkibindədir. 26 mart 2008 də Ford Company tərəfindən Hindistan avtomobil istehsalçısı Tataya satılmışdır. Land Rover markasının modelləri mövcuddur: Land Rover Freelander, Discover, Land Rover Range Rover Sport, Land Rover Defender, Land Rover Evoque, Land Rover Range Rover Vogue və s.
No Land
No Land — Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan, müxtəlif mədəniyyət və coğrafiyalardan gəlmələriylə əlaqələndirilərək "No Land" adını almış musiqi qrupudur. Sahand Lesani-nin təklifi ilə "No Man's Land" filmindən adını almışdır. No Land qrupu 2012-ci ildə Sahand Lesani, Mehmet Akif Ersoy və Kamil Hacıyev tərəfindən birgə yaradılmışdır. Daha sonra qrupa Çağatay Vural, Can Kalyoncu, Hazal Akkerman, Yağız Nevzat İpek ve Oğuzcan Bilgin qoşulmuşdur. 2016-cı ildə, No Land ilk albomu olan " Aramızda "-nı çıxartmışdır. "Aramızda" albomu, 2013-cü ildən etibarən edilən bəzi əsərlərdən ibarətdir və bu əsərlər adətən qrupun ilk formalaşması zamanı ortaya çıxan mahnılardan ibarətdir. Albomdakı mahnılar Türk və Azərbaycan dilindədir. Albomdakı mahnıların sözlərini Vüqar Hasani və Kamil Hacıyev yazmışdır. Bu albomdakı tək 'cover', dəyərli Azərbaycan sənətçisi Azər Cırttan Məmmədovun "Niyə belə Uzundur bu Yollar" mahnısıdır. İkinci albom olan "Pusulası Kaybolmuş" 6 Fevral 2019-cu ildə virtual platformalarda nümayiş olundu.
Orphaned Land
Orphaned Land — İsrail Oriental metal qrupu. Musiqi tərzləri Avropa metal və Yaxın Şərq musiqisinin tərzində yazılır. == Haqqında və yaranışı == 1991-ci ildə yaradılan qrup, ilk olaraq Resurrection adında yaradılmışdır. Daha sonra 1992-ci ildə adını dəyişdirilərək Orphaned Land oldu. Ad dəyişiliyindən sonra onlar yaxın şərq regionunun mədəniyyəti və müasir dünya mədəniyyətini cəmləşdirərək öz musiqi üslublarını yaratdılar. Onlar əsasən dostluq, qardaşlıq və birlik haqqında musiqilər yazmağa başladılar. 1993-cü ildə onlar ilk demo “The Beloved's Cry” adlı albomlarını nəşr etdilər. Bu demodan sonra onlar Fransa albom şirkəti olan "Holy Records" ilə birgə ilk debüt albomlarını 1994-cü ildə "Sahara" albomlarını nəşr etdilər. Daha sonra 1996-cı ildə "El Norra Alila" adlı ikinci albomlarını nəşr etdilər. Bu iki albomları çıxartdıqdan sonra onlar bir neçə albom şirkətlərindən təkliflər aldılar.
Autodesk Land Desktop
Bu proqram Autodesk şirkətinin məhsuludur. Proqramın bəzi özəllikləri: Koordinat nöqtələrini müəyyənləşdirmək və redaktə etmək. Əymələri layihələşdirilməsi və çəkilməsi. sadəca qövs,qoşma qövs,qlotoid qövs və başqa həndəsə şəkillərinidə laiələşdirir. Yol plan layihələşdirməsi. Şəxsi qətəlari layihələşdirir. Topoqrafiya xəritəsini. Topoqrafiyaların kəsməsi və onları göstərmək. Torpaq götürmə və yatırmasında iki sahənin arasını hesablama. Yuxarıda saydiğimizdakılardan başqa, Autodesk land/Autocad proqram ilə bağlı işə düşür, Autocad proqramının tam bacarıqları Autodesk land dədə var.İki yapışqan proqram: Autodesk civil design və Autodesk survey ki proqramın qurmasından sonra artırılıb və əsli proqramın hesablama gücünü, Yer ölçmə işləri emalında,yol qurma və hidrolojiya hesablamalarında artırır.
Mon-de-Land
Mon-de-Land (fr. Mont-de-Lans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38253. Kommunanın 1999-cu il üçün əhalisi 1 101 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Secret Land (musiqi)
Secret Land (ing. Gizli torpaq) – Məşhur alman müğənnisi Sandra Kretunun 1988-ci ildə istehsal olunmuş "Into a Secret Land" albomuna daxil olan mahnılardan biridir. == Mahnı haqqında == Mahnı ilk dəfə 1988-ci ilin sentyabr ayında dünya ölkələrinin hit-paradlarına təqdim olunmuşdu. Xüsusilə, Almaniya, İsveç İsveçrə və İsrail kimi ölkələrin hit-paradlarında böyük uğur qazanmışdır. Almaniyanın "German Top 20" hit-paradında 1988-ci ilin oktyabr ayında 7-ci pilləyə qalxmış və noyabrın 7-dən 17-ə kimi bu pillədə mövqesini dəyişmədi. "German Top 20" hit-paradında 10 həftə səslənmişdi. "Secret Land" İsrailin hit-paradında daha məşhur olmuş və "Israel Top 20" hit-paradında ilk mövqeni tutmuşdu. 1999-cu ildə "Secret Land" mahnısının yeni versiyası təqdim olunmuş və populyarlığını davam etdirmişdi. Yeni versiya Almaniya, Çexiya və İsrail ölkələrin hit-paradında nisbətən aşağı mövqedə olsa da, mahnının öz populyarlığını itirmədiyi bəlli olur.
Toyota Land Cruiser
Toyota Land Cruiser — Yaponiya avtomobil istehsalçısı Toyota tərəfindən istehsal edilən nəqliyyat vasitəsidir. Land Cruiser, Hilux pick-up'ı ilə birlikdə dünyanın ən mürəkkəb ərazi və iqlim şəraitlərində istifadə olunan avtomobillərdəndir. Land Cruiserin dizaynına 1951-ci ildə başlanılmışdır və 1954-cü ildə Toyota, Jeep bənzəri bir avtomobil olaraq istehsalına başladı. Hal-hazırda Toyotanın ən önəmli SUV modelidir.
Alessandriya əyaləti
Alessandriya əyaləti — İtaliyanın Pyemont regionunda əyalət.
Anadolu əyaləti
Anadolu əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Asti əyaləti
Asti əyaləti — İtaliyanın Pyemont regionunda əyalət.
Berqamo əyaləti
Berqamo əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət. Əhalisi 1 098 740 nəfər, (2010), sahəsi — 2723 km². Paytaxtı Berqamo şəhəridir. Əyalətdə 244 kommuna var. == Toponimi == Berqamo əyalətinin adı, əyalətin baş paytaxtı olan Berqamo şəhərinin adı ilə bağlıdır. Berqamo şəhərri isə adını Kelt mifologiyasında tanrı olan "Bergimus"-dan alıb.
Boltsano əyaləti
Cənubi Tirol — İtaliyanın Trentino-Cənubi Tirol bölgəsində yerləşən əyalət. İtalyanlar əraziyə Alto Adige ("Yuxarı Adige") də deyirlər. Əyalətin mərkəzi Bozen şəhəridir. Əhalisinin 64%-i Avstriya Bavariyalıları ve ya Tirolyandır, ana dil olaraq alman dilində, 25%-i isə ana dili olaraq italyan dilində danışır. Yerdə qalan əhali isə müxtəlif dillərdə danışır. Regionda əhəmiyyətli dərəcədə muxtar səlahiyyətlər var. Cənubi Tirol, geniş qanunvericilik, icra və maliyyə səlahiyyətləri ilə 2011-ci ildən həm İtaliya, həm də Avropa Birliyinin ən zəngin bölgələrindən biridir. == Coğrafiyası == Əyalətin sahəsi 7.399 km²-dir və 116 bələdiyyədən ibarətdir..
Bosniya əyaləti
Bosniya əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Bremen əyaləti
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Breşia əyaləti
Breşia əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Breşina əyaləti
Breşia əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Budin əyaləti
Budin əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Byella əyaləti
Byella əyaləti — İtaliyanın Pyemont regionunda əyalət.
Bəlucistan əyaləti
Bəlucistan əyaləti — Pakistanın ən qərbdəki və ən böyük əyaləti. Qərbdən İran, şimal-qərbdən Əfqanıstan, şimal-şərqdən və şərqdən Pəncab və Sind əyalətləri ilə həmsərhəddir. Cənubda Oman körfəzinə sahili vardır. Əyalət bu günki sərhədləriylə 1 iyul 1970-ci ildə meydana gəlmişdir.
Diyarbəkir əyaləti
Diyar-i Bəkr əyaləti tam adı Diyar-i Bəkr bəylərbəyliyi — 1515-ci ildə qurulan Osmanlı dövlətinin ən böyük əyaləti. Əyalətin mərkəzi Diyarbəkir idi. Birbaşa Osmanlı imperiyasına bağlı olaraq idarə edilirdi. == Tarixi == Ağqoyunlu Türk imperiyasının mərkəzi Diyarbəkirə Səfəvilər sülaləsi hakim olmuşdur. 23 avqust 1514-cü ildə Çaldıran döyüşündə Osmanlı dövləti, Səfəvi xanədanını məğlub etmişdir. Diyarbəkirin bəylərbəyisi olan Xanməhəmməd bəy Ustaclı, Osmanlı dövləti qüvvətləri ilə savaşarkən ölmüşdür. Buna görə əhali üsyan edərək Osmanlı dövlətinə bağlanmaq istəmişdir. Bu istəklərini Osmanlı dövlətinə bildirmək üçün əhali Mövlana İdris-i Bitlisidən yardım istemişdir. Dönəmin Osmanlı padişahı Yavuz Sultan Səlim durumu ona bildirən Mövlanə İdris-i Bitlisini bu işlə vəzifəlendirmişdir. Buna görə Səfəvilər dövlətinin şahı Şah İsmayıl gərəkli önləmləri aldırmışdır.
Dəməşq əyaləti
Dəməşq vəya Şam əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Dərbənd əyaləti
Dərbənd əyaləti — Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Dərbənd şəhəri idi. == Dərbənd əyaləti (1578-1607) == Dərbənd əyaləti isə 8 sancaqlığa bölünmüşdü: Dəmirqapı (Sancaq paşa), Şabran (Şaburan), Axtı, Quba, Müskür, Kürə, Çirak, Rustov sancaqlıqları.
Genuya əyaləti
Genuya əyaləti — İtaliyanın Liquriya regionunda əyalət.
Gilan əyaləti
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
запанибра́тство земля́к малопримеча́тельный проштемпелева́ть синкрети́чный хулига́н бобо́ машинострои́тель моло́чные реки и кисельные берега надува́ть недоказу́емость тавре́ние чудакова́тость што́пка коча commutativity eupatridae fixed assets hermetically snow plant vegetative wych-elm вонзаться замковый наблюдаться